Gündəm / Dünya
13 iyul 2024
0

Türkiyə hərbçiləri PKK terror qruplaşmasının 11 üzvünü öldürüb

Türkiyə hərbçiləri PKK terror qruplaşmasının 11 üzvünü öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 11 üzvünü öldürüb.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, terrorçular İraqın şimalında Hakurk və Gara bölgələrində aşkarlanaraq zərərsizləşdirilib.

Onların Türkiyəyə və onun hərbçilərinə qarşı müxtəlif silahlı hücumlarda iştirak etdikləri qeyd olunub.