---
14 yanvar 2025
0
Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi
“Xankəndi Şəhər Prokurorluğunda ilk qadın müstəntiq olaraq təyinatım mənim üçün böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi bir an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm”.
Bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi Şəhər Prokurorluğuna müstəntiq təyin olunan Nəzrin Rəcəbova söyləyib.
“Təyinatım obyektiv və şəffaf şəkildə keçirilmiş müsabiqə nəticəsində gerçəkləşib. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”, – deyə N.Rəcəbova qeyd edib.
Qeyd edək ki, N.Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Daha çox xəbər:
Rayon prokuroru təyin edilən qadınların sayı 4-ə çatdı
Gündəm / CəmiyyətXankəndiyə ilk beynəlxalq telefon kodu verildi
Gündəm / CəmiyyətKamran Əliyev Baş prokuror vəzifəsinə təyin edildi - SƏRƏNCAM 1 May, 2020 13:43 472
Siyasət / CəmiyyətXankəndi-Laçın yolundakı aksiyanın 31-ci günüdür
Gündəm / CəmiyyətPrezident: “Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”
Gündəm / Siyasət