Gündəm / Cəmiyyət
15 yanvar 2025
1
"Media haqqında" və "Reklam haqqında" qanunlara dəyişiklik edilməsi ilə bağlı ilkin variant hazırlanıb
“Media haqqında” və “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin ilkin variantı hazırlanıb.
Bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, ilkin variant bir neçə dəfə müzakirə olunub.
Məlumata görə, layihələrin son versiyaları hazırlandıqdan sonra müvafiq dövlət qurumları ilə razılaşdırma proseduru həyata keçiriləcək.
Bundan başqa "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan respublikası Prezidentinin Fərmanı layihəsi hazırlanıb. Həmin layihələr rəsmi qaydada "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə göndərilib və razılaşdırılıb.
Daha çox xəbər:
“Media haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılır
Gündəm / CəmiyyətMilli Məclis 12 məsələyə görə TOPLAŞIR
Gündəm / SiyasətMilli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
SiyasətDeputatlar bu gün 19 məsələni müzakirə edəcək
Gündəm / SiyasətDeputatlar bu gün 9 məsələni müzakirə edəcəklər
Gündəm / Siyasət