Cəmiyyət
05 dekabr 2023
0
Direktordan ÇAĞIRIŞ: Peyvənd olunmayan uşaqlar...
Son günlər cəmiyyəti ən çox narahat edən əsas problem məktəblilər arasında qızılca xəstəliyinin sürətlə yayılmasıdır.
Xəstəlik yayılandan bəri ölkədə 3 azyaşlı dünyasını dəyişib. Kütləvi şəkildə xəstəliyn yayıldığı məktəb və siniflər distant təhsilə keçir. Valideynlərə uşaqlara peyvənd vurulması ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, hələ də imtina edənlər var. Sözsüz, bu yerdə məktəbdə maarifləndirmə işlərinin aparılması da vacibdir.
Elə bu səbəbdən də 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev rəhbərlik etdiyi məktəbdə bütün siniflərin valideyn qrupuna səs yazısı göndərərək maarifləndirmə işləri aparıb.
Son vaxtlar qızılca və suçiçəyinin respublikamızın bütün bağça və məktəblərinə yayıldığını deyən direktor qeyd edib ki, uşaqları bu viruslardan qorumaq üçün valideynlərdən çox şey asılıdır: “Əvvəla, uşaqları soyuqdan qoruyun. Hava gah isti, gah da soyuq olur, uşaqlar tez soyuqlaya bilər. Ən əsası, övladlarınızın qidalanmasına fikir verin. Uşağın immuniteti nə qədər güclü olsa, xəstəliyi bir o qədər yüngül keçirər”.
Onun sözlərinə görə, qızılca və suçiçəyi mövsümi bir şeydir, keçib gedəcək: “Həyatda elə bir insan yoxdur ki, qızılcaya yoluxmasın. Qızılca çox qorxulu xəstəlik deyil, amma uşaqları qorumaq lazımdır. Ona görə, xahiş edirəm, uşağın hərarəti olduqda məktəbə buraxmayın. Ən yaxşısı həkimə müraciət etməkdir”.
Direktor bildirib ki, əlavə olaraq, mütləq peyvənd olunmayan uşaqlara təcili peyvənd vurdurun: “Hazırda peyvənd Səhiyyə, həm də Elm və Təhsil nazirliklərinin diqqət mərkəzindədir. Pulsuz peyvənddir, qızılca tutmayan uşaq və böyüklər gedib vurdura bilər. Ona görə də, xahiş edirəm, uşaqlarımızı qorumaq üçün onların yeməyinə fikir verin, vaxtında peyvənd etdirin”.
“Qızdırması olan uşağı məktəbə buraxmayın, heç bir müəllim sizi buna məcbur edə bilməz. Məktəbdə də müəllimlərə tapşırmışam ki, səhər tezdən hər bir uşağın temperaturu yoxlanılsın, bir şey hiss olunarsa, valideynə xəbərdarlıq edilsin. Sizli-bizli uşaqlarımızı qoruyaq, hər şey sizdən və bizdən asılıdır”, - deyə məktəb direktoru Xanlar İmaməliyev vurğulayıb.(Bakıvaxtı.az)
Daha çox xəbər:
Məktəblərdə qızılca ilə bağlı SON DURUM - RƏSMİ
Gündəm / CəmiyyətTƏBİB-dən qızılca xəstəliyi ilə bağlı - Çağırış
Gündəm / CəmiyyətSon günlər kütləvi şəkildə yayılan virusla bağlı - Açıqlama
Gündəm / CəmiyyətQızılcanın insanlar üçün yaratdığı TƏHLÜKƏ AÇIQLANDI
Gündəm / CəmiyyətBakıda 10 yaşlı şagird qızılcadan öldü - Yenilənib
Cəmiyyət