Cəmiyyət / Gündəm
20 dekabr 2024
0
Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub
Tovuz rayonunda 71 nəfərin tüstüdən zəhərləndiyi Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində tədris prosesi bərpa olunub.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Daha çox xəbər:
Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ
Gündəm / CəmiyyətMəktəbəhazırlıq qruplarında tədris prosesi başlayacaq
Gündəm / CəmiyyətKolleclərdə yoxlamalar aparılıb - 6 direktor, 4 müavin işdən qovulub
Gündəm / Cəmiyyət“Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib” - Rəsmi açıqlama
Gündəm / CəmiyyətTəhsil şöbələri LƏĞV EDİLDİ
Gündəm / Siyasət