Dünya
20 dekabr 2024
0

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini pozan Çad hakimiyyəti həmin ölkənin qoşunlarının 2025-ci ilin 31 yanvar tarixinə qədər ərazisindən çıxarılmasını tələb edir.

Bu barədə RFI radiosu Paris və Ncamenadakı (Çadın paytaxtı - red.) mənbələrinə istinadən məlumat yayıb.

Fransa hökumətinə yaxın mənbələr bildiriblər ki, Paris tələbi son tarixlə cümə axşamı axşam saatlarında alıb. Mart ayına qədər geri çəkilmək üçün əsl qrafik çox uzun olduğu üçün rədd edilib.

"Yeddi həftəyə min əsgər və bir çox texnikanı çıxarmaq mümkün deyil", - Fransadakı hərbi mənbə, "Çad hökumətinin sərt hissəsinin təzyiq taktikasından" bəhs etdiyini söyləyib.

Çaddakı mənbə bildirib ki, Ncamena üçün ideal vəziyyət fevralın sonu və müqəddəs Ramazan ayının əvvəlinə qədər fransızların ölkəsinədək getməsi olardı. Hər iki paytaxtda danışıqların konstruktiv şəkildə davam etdirildiyi qeyd olunur.