Cəmiyyət
15 aprel 2022
38

ADAU-da NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİA

ADAU-da NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİA


Son zamanlar Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup müəllim və dosentləri haqqında xoşagəlməz məlumatlar yayılır.

Belə ki, "Region xəbərləri" adlı “ Facebook” səhifəsində ADAU-nun kafedra müdiri Musa Bayramov, Tələbə qəbulu komissiyasının sədri Telman Musayev, Tədris şöbəsinin müdiri Elay Zeynallı, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mehman Kərimov və Gəncə Dövlət Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov haqqında xoşagəlməz məlumatlar dərc olunur.

Yazıda adı çəkilən Tədris şöbəsinin müdiri Elay Zeynallı, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mehman Kərimov və Gəncə Dövlət Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun əxlaqsız işlərlə məşğul olması, Musa Bayramovun "narkotik alveri” ilə, Telman Musayevin Tələbə Qəbul Komissiyasının vasitəsi ilə tələbələri dolayı yolla Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul etdirməsi haqqında məlumat dərc olunub.

Bundan başqa, iddia olunur ki, ADAU-nun Tələbə Qəbulu Komissiyasının sədri Telman Musayev ağ vərəqlərlə məşğul olur. Yəni müəyəyn vəsait müqabilində abituriyent imtahan vaxtı vərəqləri ağ buraxır, heç nə yazmır, lakin həmin abituriyentin adı qəbul olanlar siyahısında çıxır. Bu cinayət deyilsə, bəs nədir? Belə olan halda hüqüq mühafizə orqanları niyə adı çəkilən şəxslər haqqında araşdırma aparmır?

Digər məlumatlara görə, ADAU-da saxta elmi adların paylanmasından tutmuş, adları müəllim gedib, özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara saxta yollarla maaş yazılır. Təsəvvür edin ki, rektor İbrahim Cəfərov şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək, onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib. Bu da Təhsilimizi uçuruma aparır.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.