Gündəm / Dünya
07 yanvar 2023
9
Çində rüşvət alan məmur barədə ölüm hökmü verildi
Çinin şərqindəki Tayan şəhərində məhkəmə Liaonin əyalətinin Xalq Siyasi Məsləhət Şurasının (Şimal-Şərqi Çin) keçmiş sədr müavini Li Vensi barəsində 540 milyon yuan (indiki məzənnə ilə təxminən 78 milyon dollar) rüşvət aldığına görə ölüm hökmü çıxarıb.
Hökm iki il gecikdirilməklə icra olunmalıdır. Eyni zamanda, dövlət təqsirləndirilən şəxsin bütün əmlakını müsadirə edir. Həmçinin iki il müddətdən sonra edamın cəzanın daha da yüngülləşdirilməsi hüququ olmadan ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi də planlaşdırılır.
Yerli məhkəmə orqanlarının fikrincə, Li Vensinin qanunsuz hərəkətləri “ölkənin və xalqın maraqlarına ciddi ziyan vurub”. Lakin təqsirləndirilən şəxs istintaqla fəal əməkdaşlıq edib və bu, yüngülləşdirici hal kimi qəbul edilib.
Çində 2012-ci ildə Si Cinpinin başçılığı ilə “beşinci nəsil” hakimiyyətə gəldikdən sonra hökumət korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illər genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində o cümlədən yüksək səviyyəli bir çox məmur postlarından məhrum olublar və azadlıqdan məhrumetmə və ya ömürlük həbslə cəzalandırılıblar.
Mənbə: People.cn
Daha çox xəbər:
Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi - FOTO
HadisəƏli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı MÜSADİRƏ EDİLDİ
Gündəm / CəmiyyətHacı Beyləqanski 19 il müddətinə həbs edildi
Gündəm / HadisəBu ölkədə ölüm hökmü ləğv olundu
Gündəm / DünyaZakir Sultanova 11 il həbs cəzası: 600 min manatı və dəyərli əşyaları müsadirə edildi
Gündəm / Cəmiyyət