Gündəm / Dünya
11 yanvar 2023
9
İstanbuldakı partlayışa görə daha bir nəfər saxlanıldı - FOTO
İstiqlal küçəsindəki partlayışı planlaşdıran Bilal Həsənin xaricə qaçmasına kömək edən və Bolqarıstanda məskunlaşan Hazni Gölge Türkiyə səlahiyyətlilərinə təhvil verilib.
Milliinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hazni Bolqarıstanın Svilenqrad bölgəsindəki “İmperial Palace” otelində qaldığı müəyyən edilib.
Yanvarın 7-də Təhlükəsizlik Baş İdarəsinin (EGM) İnterpol İdarəsi Bolqarıstan İnterpol bölməsindən onun yerini tapıb və deportasiya etməyi xahiş edib.
Bolqarıstan İnterpol rəsmiləri ilə aparılan danışıqlar nəticəsində Türkiyəyə deportasiya edilən Gölge Ədirnə Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən Ədirnədə nəzarətə alınan şübhəlinin İstanbula gətirildiyi və sorğu-sualının burada aparılacağı bildirilib.
Xatırladaq ki, 13 noyabr 2022-ci ildə İstanbulun İstiqlal küçəsində baş verən terror aktında 6 nəfərin ölüb və 81 nəfər yaralanıb.
Daha çox xəbər:
İstanbuldakı terrora görə 50 nəfər saxlanılıb - YENİLƏNİB
Gündəm / Hadisəİnterpol 65 yaşlı azərbaycanlını axtarır - FOTO
CəmiyyətTerror törədən qadının evindən görün nələr çıxdı - VİDEO
Gündəm / Hadisə"İnterpol"un axtardığı terrorçu Türkiyədə məhv edildi
Dünyaİstanbulda partlayış törətmək istəyən İŞİD üzvləri saxlanıldı
Gündəm / Dünya