Gündəm / Cəmiyyət
03 fevral 2023
0
“5-6 kimyəvi reaksiyadan başı çıxan iranlı burada "patı" düzəldə bilir” - Həkimdən XƏBƏRDARLIQ
"İnterAZ və digər zibilləri qapatdız, agentura sistemi çökdürülür, amma İranın Azərbaycanda əsas agenturası molla deyil, narkotrafikdir. Onu necə qapatacaqsınız?".
Bunu həkim-ekspert Müşfiq Hüseynov deyib.
"Beyni yuyulmuş gənci bir şəkildə normal həyata qaytarmaq şansı var. Onu iş və aşla təmin elə, zamanla düzələcək. Bəs canı "patı" ilə zəhərlənmiş gənclər necə olacaq? Onların müalicəsi yoxdur axı. Məcburən hamısının ölməyini gözləyəcəksən. İndi keçək əsas məsələyə.
İrandan narko-trafikin qarşısını almaq problem deyil, sağ olsun sərhəd qoşunları. Amma kimyada 5-6 reaksiyadan başı çıxan adam patını qarajda da düzəldə bilər, çünki onun tərkibini oturduğun yerdə tapmaq 15 dəqiqənin işidir. Anlayacağınız, mən əminəm ki, İran "patı"nı burada da istehsal edir, yəni Azərbaycanda".
Müşfiq Hüseynov narkotik asılılığından çıxış yolu ilə bağlı fikirlərini bildirib:
"Narkotik asılılığından çıxış yolu bəllidir. Bunu hamı bilir. Sintetik narkotikin küçələrə yol tapmasının qarşısını almaq üçün mütləq yüngül narkotikə icazə verəcəksən. Məsələn, marixuanaya. Uymaq istəyən, bir şəkildə uyacaq. Bunun qarşısını heç bir güc ala bilməz. Deməli, vəziyyətdən çıxış yolu kimi ya marixuana leqallaşmalı və apteklərdə xüsusi reseptlə satılmalıdır. Ya da təbii xaşxaş yağı olan Kanabisin satışına icazə verəcəksən.
Kanabis uzun illər nənələrimiz tərəfindən çörək bişirmədə istifadə olan qara dənəciklərdən alınan yağdır. Dünyanın demək olar hər yerində bioloji qida əlavəsi kimi satılır. Belə deyək də, 2 kapsul kanabis 200 qr araq kimidir. Güclü ağrıkəsicidir, antioksidantdır və onkologiyada ağrıkəsici kimi istifadə oluna bilər.
Avropada kanabisin kapsulundan spreyini kimi hər şey satılır. Özü də açıq, marketdə. Türkiyədə bu ildən qeydiyyatına icazə veriləcək. Biz də bu barədə düşünsək pis olmaz. Hələ gec deyil. Qadağan etmək, olmaz deyib həbs etmək çıxış yolu deyil. İcazə verib, nəzarətdə saxlamaq lazımdır", - deyə o qeyd edib.
"Unikal"
Daha çox xəbər:
“5-6 kimyəvi reaksiyadan başı çıxan iranlı burada "patı" düzəldə bilir” - Həkimdən XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət“Patı” məsələsi Milli Məclisdə müzakirə edildi
Gündəm / CəmiyyətÖvladınızın “patı"-“şüşə” çəkdiyindən necə şübhələnməli? - 12 ƏSAS ƏLAMƏTƏ DİQQƏT!
Gündəmİran 40 milyonluq azərbaycanlını özünə daxili təhlükə hesab edir - HƏQİQƏTƏN DƏ...
Gündəm / CəmiyyətKeçmiş polis işçisi "patı" satarkən yaxalandı - YENİLƏNİB
Gündəm / Dünya