Gündəm / Cəmiyyət
20 fevral 2023
0
Blinken: “Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir”

“Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir. Bu, bizim milli maraqlarımız üçün çox vacibdir. Hazırda bu məsələnin həlli istiqamətində işlərimiz davam edir”.
Bu sözləri Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib.
A.Blinken vurğulayıb ki, Türkiyənin regionda müştərək təhlükəsizlik potensialında yeri çox önəmlidir.
“F-16”lar məsələsinə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da münasibət bildirib. Türkiyəli diplomat konqresdə oturan bəzi senatorların yazdığı məktublardan xəbərdar olduqlarını xatırladıb.
“Əgər biz konqresdə birgə işləyə bilsək, bunun öhdəsindən gələ bilərik. Bu prosesi tez başa çatdırmaq hər iki tərəfin marağındadır”, - deyə Mövlud Çavuşoğlu bildirib.
Mənbə: Haber Global

Daha çox xəbər:

Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ETDİ
Gündəm / Sosial
Mövlud Çavuşoğlu: "3+3 formatı ilə bağlı İranla müzakirələr aparırıq"
Gündəm / Dünya
Ağ Evdən Türkiyənin F-16 tələbi ilə bağlı yeni açıqlama
Gündəm / Dünya
“ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır” - Blinken
Gündəm / Siyasət
Çavuşoğlu Əfqanıstandakı son vəziyyətdən DANIŞDI
Gündəm / Dünya