Gündəm / Siyasət
23 fevral 2023
0
Prezident müəllimlərin maaşını ARTIRDI
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daha çox xəbər:
Bu şəxslərin də maaşı artırılır - 2 sərəncam
SiyasətBu şəxslərin maaşı artırılıb
Gündəm / İqtisadiyyatƏməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir
Gündəm / CəmiyyətMüəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək - FƏRMAN
Gündəm / SiyasətAzərbaycanda minimum aylıq əməkhaqqı ARTIRILDI
Gündəm / Cəmiyyət