Gündəm / Sosial
15 mart 2023
0
Sənədsiz əmlakı olanlara ŞAD XƏBƏR
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər müzakirə olundu. Dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək:
"İlkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək. Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək".
Daha çox xəbər:
İnformasiyadan istifadə edilməsi qaydasına dəyişikliklər olundu
Gündəm / CəmiyyətBu evlərin özəlləşdirilməsi proseduru müəyyənləşdi
Gündəm / CəmiyyətVergi Məcəlləsində dəyişikliklər büdcə gəlirlərini nə qədər artıracaq?
İqtisadiyyat"Şəhid ailələri üçün yeni vergi güzəştləri nəzərdə tutulur" - Vüqar Bayramov
Gündəm / CəmiyyətRüsumlarla bağlı dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə edildi
Gündəm / Cəmiyyət