Gündəm / Cəmiyyət
11 aprel 2023
0
Maaşlarımızın bir hissəsini YAŞAT Fonduna köçürək - Deputatdan təklif
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əmək haqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib.
Deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb.
"Bu dəstəyi gözləyən şəhid ailələri, qazilərimiz var. Çətinlikləri olan ailələr YAŞAT Fondunda müraciət etdikdə dəstək ala bilsinlər", - deyə komitə sədri bildirib.
Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib.
Daha çox xəbər:
“YAŞAT”a toplanan vəsait 67 milyon manata çatır
Gündəm / Cəmiyyət“YAŞAT”dan şəhid övladları üçün xüsusi layihə - Fotolar
Gündəm / Cəmiyyət"Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir" - Komitə sədri
Gündəm / SiyasətQənirə Paşayeva parlamentdə vacib mövzulara toxunub
Gündəm / Cəmiyyət"Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı abidə ucaldılsın" - TƏKLİF
Gündəm / Cəmiyyət