Gündəm / Dünya
12 iyun 2023
0

Türkiyəli deputat İYİ Partiyadan istefa verdi


İYİ Partiyanın qurucularından biri və İstanbuldan seçilən millət vəkili Ahat Andıcan partiyasından istefa verib.

Bu barədə o, "Twitter" hesabında açıqlayıb.

"Bu gün gəldiyimiz nöqtədə İYİ Partiya İdarəsi ilə siyasi və struktur cəhətdən uyğun bir iş aparmaq artıq mümkün deyil", - deyə deputat qeyd edib.

O, partiyasız müxalifət sıralarına qatıldığını bildirib.

Qeyd edək ki, İYİ Partiyanın sədri tanınmış siyasətçi Meral Akşenerdir.