Gündəm / Dünya
20 iyun 2023
0

Dünyanın ən məşhur şirkətlərindən biri araq istehsalına başlayır


Avropanın “Coca-Cola Hellenic Bottling Company” (Coca-Cola HBC) şirkəti araq istehsalçısı “Finlandia”nı 220 milyon dollara alacaq.

Bu barədə şirkətin press-relizində bildirilib.

Tənzimləyicilər tərəfindən təsdiq olunarsa, müqavilə 2023-cü ilin ikinci yarısında bağlanacaq.

“Finlandia” Mərkəzi və Şərqi Avropanın aparıcı araq brendidir. Məhsul 1970-ci ildən istehsal olunur və Amerika bazarına çıxan ilk Skandinaviya arağıdır.

İtaliya, Nigeriya, Misir, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində içkilər istehsal edən “Coca-Cola HBC” 17 ildən çoxdur ki, brendin distribütorluğu ilə məşğuldur. İndi şirkət araq markasını birdəfəlik almaq qərarına gəlib.

Mənbə: lenta.ru