Gündəm / Dünya
07 avqust 2023
1
Almaniyada deputatlar hökuməti Ukraynaya "Taurus" raketləri verməyə çağırıb

Almaniya Sosial Demokrat Partiyasından olan bir neçə nüfuzlu siyasətçi Berlin hökumətini Ukraynanı uzun mənzilli “Taurus” raketləri ilə təmin etməyə çağırıb.
Bu barədə DW nəşri məlumat yayıb.
"Ukraynada əhəmiyyətli hərbi-hava qüvvələri yoxdur. Onlara rusların yerləşdirdiyi mina sahələrini keçə və ərazilərini geri ala biləcəyi "Taurus" qanadlı raketləri lazımdır", - deputat Andreas Şvarts Der Spiegel-ə müsahibəsində deyib.
Eyni zamanda, Bundestaqdakı SDP fraksiyasının xarici siyasət üzrə sözçüsü Niels Şmid "Tagesspiegel"ə müsahibəsində deyib ki, elə etmək lazımdır ki, ukraynalılar özləri onları proqramlaşdıra bilsinlər.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Boris Pistorius qeyd edib ki, o, gələcəkdə "Taurus"un tədarükünü istisna etmir, lakin bu qərarın verilməsinin vaxtı hələ çatmayıb.
Qeyd edək ki, 10 il əvvəl Bundesver üçün 600-ə yaxın “Taurus” raketi alınıb ki, onlardan da 150-yə yaxını istismara hazır vəziyyətdədir. “Taurus” artıq Ukraynaya çatdırılan Britaniyanın “Storm Shadow” raketlərinin analoqu hesab olunur. “Taurus” pilotsuz döyüş silahıdır, qırıcıdan buraxılır və 400 kiloqramlıq döyüş başlığını 500 kilometrdən çox mənzilə çatdıra bilir. Raket komanda bunkerləri və ya sursat anbarları kimi bərkidilmiş hədəflərə qarşı effektiv silah hesab edilir.

Daha çox xəbər:

Çexiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
Dünya
Qara dənizdə ruslar “Kalibr” raketləri olan iki gəmi saxlayır
Gündəm / Dünya
Ankara Dəməşqlə birbaşa danışıqlar üçün qoşunların çıxarılmasını qəbul etməyəcək
Gündəm / Dünya
Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI
Gündəm / Dünya
Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”
Gündəm / Dünya