Gündəm / Cəmiyyət
05 sentyabr 2023
0
Ərzaq karvanı Ağdam-Xankəndi yolunda 8 gündür gözləyir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən 40 ton un, artıq 8-ci gündür ki, mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.
İçərisində 40 ton un olan yük avtomobilləri, avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda Rusiya sülhməramlı kondingentinin postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidə yaşayan erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Daha çox xəbər:
40 ton un yüklü karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Gündəm / SiyasətHumanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Gündəm / CəmiyyətBakıdan ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır
Gündəm / CəmiyyətRusiya sülhməramlıları vaxt istəyib, ərazidə çadırlar qurulur - YENİLƏNİB (FOTO)
Gündəm / CəmiyyətLaçın-Xankəndi yolunda etirazlar 38 gündür davam edir - FOTO
Gündəm / Cəmiyyət