Gündəm / Cəmiyyət
26 sentyabr 2023
0
Prezident Administrasiyası partlayışla bağlı məlumat yaydı
2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən məlumata görə, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Daha çox xəbər:
Atışmada yaralananların vəziyyəti açıqlandı - YENİLƏNİB
Gündəm / CəmiyyətBakıdan ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır
Gündəm / CəmiyyətBakıda atışma - 3 nəfər güllələndi
Gündəm / CəmiyyətPartlayışdan sonra iki nəfər dağıntılar altından çıxarıldı - (YENİLƏNİB)
Gündəm / HadisəPartlayışla bağlı iki nazirlikdən açıqlama
Gündəm / Hadisə