Gündəm / Cəmiyyət
24 oktyabr 2023
0
Əhaliyə XƏBƏRDARLIQ: Bu halda istilik verilməyəcək
"Azəristiliktəchizat" əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb. Binaların girişinə bununla bağlı elanlar da vurulub.
Nazirlər Kabinetinin sentyabrın 5-də təsdiqlədiyi qaydalara əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Artıq bununla bağlı prosesə başlanıb.
"Azəristiliktəchizat" ASC-dən bildirilib ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumat verilib. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.
"Azəristiliktəchizat" ASC-nin şöbə rəisi Xəqani Süleymanlı bildirib ki, müqavilə bağlamayan şəxslər məhdudiyyətlə qarşılaşaqcaqlar.(Xezerxeber.az)
Qeyd edilib ki, noyabrın 15-dən ölkə ərazisində istilik mövsümünə start veriləcək.
Daha çox xəbər:
Bu gündən istilik verilir
Gündəm / Cəmiyyətİstilik sisteminə sayğac quraşdırılacaq
Gündəm / CəmiyyətBakıda və bir sıra bölgələrdə sabahdan istilik mövsümü başlayır
Gündəm / SosialAzərbaycanda istiliyin verilməsi müddəti dəyişdirilə bilər
Gündəm / CəmiyyətƏliyev Füzulidə ikinci yaşayış kompleksinin təməlini qoydu
Gündəm / Cəmiyyət