Gündəm / Cəmiyyət
29 dekabr 2023
3
Gizli beynəlxalq pul köçürmə sistemi qurmuş Hamid Safari Ghafour Bakıda həbs edildi
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Hamid Ghafour barədə həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.
Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.
Daha çox xəbər:
DTX-dən ƏMƏLİYYAT: Gizli pul köçürmələri edən şəbəkə ifşa olundu
Gündəm / CəmiyyətDTX-nin Naxçıvanda tutduğu komitə sədrindən FANTASTİK YEYİNTİ
Gündəm / HadisəNaxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi
Gündəm / HadisəMüdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi - Külli miqdara mənimsəmə
Gündəm / CəmiyyətSilahlı birləşmələrə qoşulan azərbaycanlı həbs edildi - FOTO
Gündəm / Cəmiyyət