Gündəm / Cəmiyyət
29 dekabr 2023
5
İntellektual turnir təşkil edilib
Beyləqan rayonu, Kəbirli kəndində “Milli intellektual oyunlar kuboku” adlı layihə uğurla icra edilib.
Layihə çərçivəsində 3 gün ərzində Kəbirli kəndində yerləşən məktəblərin şagirdləri arasında intellektual yarışmalar təşkil edilib. Hər bir tədbirdən əvvəl şəhidlərimizin əziz xatirəsi anılıb və layihə haqqında layihə rəhbəri Şəhriyar Rəhimov ətraflı məlumat verib.
Ümumillikdə, 150 nəfər məktəblinin iştirak etdiyi intellektual yarışmaların suallarını milli mövzular təşkil edib. Hər yarış günündə şagirdlər suallar ətrafında mübarizə aparıb və qaliblər elan olunaraq hər bir iştirakçıya sertifikatlar təqdim olunub.
Layihə çərçivəsində şagirdlərə köynək, papaq və digər çap materialları paylanılıb.
Qeyd edək ki, intellektual turnir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Şəhriyar Rəhimovun “Milli intellektual oyunlar kuboku” layihəsi çərçivəsində keçirilib.
Daha çox xəbər:
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” DİN-ə verilib
Gündəm / Cəmiyyət“YAŞAT”dan şəhid övladları üçün xüsusi layihə - Fotolar
Gündəm / CəmiyyətMütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək
İdmanMM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
Gündəm / CəmiyyətŞuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçiriləcək
Gündəm / Cəmiyyət