Gündəm / Cəmiyyət
17 yanvar 2024
0
Plan iflasa uğrayır: Berlin və Moskva yaxınlaşacaq
NATO-nun Ukraynadakı məğlubiyyəti Rusiya və Almaniyanı daha da yaxınlaşdıracaq.
Bunu tanınmış fransız tarixçisi və politoloq Emmanuel Todd deyib.
“Vaşinqtonun 2004-cü ildən bəri Berlini Moskvadan uzaqlaşdırmaq kimi strateji düşüncəsi uğursuzluqla başa çatacaq. Avropanın xəritəsinə baxsanız, iki böyük güc önə çıxır - bunlar Almaniya və Rusiyadır. Moskva və Berlin artıq qarşıdurmada ola bilməz, onların iqtisadiyyatı bir-birini tamamlamaq üçün qurulub və “Şimal axını” bunu açıq şəkildə göstərib”, - o bildirib.
Alimin fikrincə, gec-tez Berlin və Moskva əməkdaşlığa başlayacaq:
“ABŞ və Ukraynanın məğlubiyyəti onların yaxınlaşmasına zəmin yaradacaq. Amerika Almaniya və Rusiyanı bir-birinə cəlb edən, obrazlı desək, bu cazibə qüvvəsini sonsuzadək cilovlaya bilməyəcək. Vaşinqton Avropanı tərk edərsə, o zaman günəşin dinc planet üzərində doğduğunu görəndə təəccüblənəcəyik”.
Daha çox xəbər:
Almaniya rus diplomatları kütləvi şəkildə ölkədən qovur
Gündəm / DünyaŞoltsun Əliyevə zəngi: makronluq etməyəcək
Gündəm / SiyasətMisir Almaniyanı buna görə ittiham etdi
Gündəm / DünyaMercedes Rusiya bazarını tərk edir
Gündəm / Dünya"Putin bütün Ukraynanın işğalı üçün bəhanə gözləyir" - Kansler
Gündəm / Dünya