Gündəm / Cəmiyyət
26 fevral 2024
0
İsrail səfiri Xocalı faciəsindən yazdı: Bu vəhşiliklər...
Azərbaycanlıların Xocalı faciəsi ilə bağlı ağrı-acıları israillilərin qəlbində əks-səda verir.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X hesabında yazıb.
“Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanların xatirəsini yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Biz azərbaycanlı dostlarımızın acısını bölüşürük. Öz evlərində vəhşicəsinə qətlə yetirilən uşaqların, qadınların və qocaların da daxil olduğu günahsız həyatların şahidi olmağın dəhşətini birbaşa başa düşürük. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ortaq insanlığı qorumağa məcbur edir”, - paylaşımda qeyd edilib.
Daha çox xəbər:
İsrail səfirindən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı maraqlı TƏKLİF
Gündəm / CəmiyyətAzərbaycan səfirliyinə qarşı erməni TƏXRİBATI
Gündəm / Cəmiyyətİsrail Azərbaycana başsağlığı verdi
Gündəm / Cəmiyyət"Azərbaycan xalqı ilə birlikdə Qara Yanvarı yad edirik" - İsrail səfirliyi
Gündəm / Cəmiyyətİranın Azərbaycandakı səfiri israilli həmkarını təhdid etdi
Gündəm / Cəmiyyət