Gündəm / Şou
15 aprel 2024
0
Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xalq yazıçısı Çingiz Abdullayevin səhhətində yaranan problemin qida qəbulu ilə əlaqəli olmadığını bildirib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Ç.Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar müvafiq qaydada araşdırılıb:
"Araşdırmalar nəticəsində müəyyən olunub ki, xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir".
Daha çox xəbər:
Xalq yazıçısı Çingiz Abdullayevin son durumu açıqlanıb
Gündəm / MədəniyyətPolisin ölümü ilə bağlı açıqlama: "Qida ilə əlaqəsi yoxdur" (YENİLƏNİB)
Gündəm / Siyasət"Fəaliyyətimizi davam etdiririk" - "Volt Azərbaycan" AQTA-ya cavab verdi
Gündəm / CəmiyyətRövnəq Abdullayevin səhhətində problem yarandı - İclas təxirə salındı
Gündəm / CəmiyyətGöyçayda iftarda kütləvi zəhərlənmə
Hadisə