Gündəm / Sosial
26 aprel 2024
1
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Milli Məclisin deputatı Vüqar Bayramov Ombudsman institutuna əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edib.
Deputat parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib.
Onun sözlərinə görə, apardığı araşdırmalarla həmin ölkələrdə Ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır: “Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çünki çox vacibdir ki, Ombudsman instututu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlasın. Bu da inkluzivlik baxımından çox önəmlidir, Azərbaycan inklüziv inkişafı ilə seçilən ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev də çıxışında dəfələrlə inkluziv inkişafın ölkəmiz üçün prioritet olduğunu qeyd edib”.
***
Deputat Jalə Əliyeva da məsələyə münasibət bildirib: “Hər birimizə məlumdur ki, Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluqlar və problemlər var.
Baxmayaraq ki, bu sahədə dövlətin həyata keçirdiyi işlər sahəsində çox böyük uğurlar əldə etmişik, amma hələ də bu məsələlərlə bağlı hər birimizə onlarla məktub daxil olur. Təklif edirəm ki, bu qəbildən olan problemlər Ombudsman institutu tərəfində nəzarətə götürülsün”.
Daha çox xəbər:
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA
CəmiyyətMüdafiə Nazirliyi ilə Ombudsman birgə tədbirlər planı İMZALADI
CəmiyyətBu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib
Cəmiyyət / SosialOmbudsman narazı deputatlara cavab verdi - Yenilənib
Gündəm / Cəmiyyət"Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır" - Deputat
Cəmiyyət