Gündəm / Siyasət
01 may 2024
0
Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə söhbət açılıb.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da görüşdə iştirak edib.
Daha çox xəbər:
Əli Əsədov Məhəmməd Azmanla görüşdü
Gündəm / Siyasət18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları Günüdür
Gündəm / CəmiyyətƏsədov Fatih Dönməzlə görüşdü
Gündəm / SiyasətAzərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb
Gündəm / SiyasətƏli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü
Gündəm / Siyasət