Gündəm / Cəmiyyət
23 may 2024
0
Azərbaycan müəllimlərinin etik davranış qaydaları təsdiqlənib
Təhsilverənlərin etik davranış qaydaları təsdiqlənib.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
Bu qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilir.
Əsas məqsəd təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.
Hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu qaydaların müddəalarına əməl etməyə borcludur.
Daha çox xəbər:
Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində əlilliyi olanlara əlavə vaxt veriləcək
TəhsilTəhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində əlilliyi olanlara əlavə vaxt veriləcək
TəhsilMüəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək - FƏRMAN
Gündəm / SiyasətŞagirdlər davranışla bağlı pilot layihəyə cəlb edildilər
Gündəm / CəmiyyətTəhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi
Gündəm / Cəmiyyət