Gündəm / Dünya
24 may 2024
0
Borrell: İsrail tənqidi qəbul etməlidir
Hər dəfə kimsə Fələstin dövlətinin qurulmasını dəstəkləmək qərarı verəndə İsrailin reaksiyası onu antisemit hücuma çevirmək olur.
Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell "La Hora de la 1"ya müsahibəsində deyib.
Aİ-nin ali nümayəndəsi İsrailin İspaniyanın Yerusəlimdəki konsulluğuna qarşı tətbiq edəcəyi məhdudiyyətləri "pis xəbər" adlandırıb: “Bu, İspaniya hökumətinin və digər Avropa hökumətlərinin Fələstin Dövlətini rəsmən tanımaq qərarına reaksiyadır. Hər dəfə kimsə Fələstin dövlətinin qurulmasını dəstəkləmək qərarı verəndə İsrailin reaksiyası onu antisemit hücuma çevirməkdir”.
O qeyd edib ki, demokratik yolla seçilmiş Nentanyahu hökumətini tənqid etmək və antisemit mövqe nümayiş etdirmək başqa-başqa məsələlərdir.
“İsrail tənqid olunmağı qəbul etməlidir. Qəzzada baş verənlər Avropada və dünyada böyük narahatlıq doğurur”, - Borrell əlavə edib.
Aİ rəsmisi Fələstin dövlətinin tanınması qərarının HAMAS-ı "gücləndirəcəyi" fikri ilə razılaşmır. O vurğulayıb ki, Fələstini gücləndirmək HAMAS-ı gücləndirmək deyil. Fələstinliləri dövlət kimi tanımaq terrora hədiyyə deyil"
O qeyd edib ki, Fələstinin dövlət kimi tanınması məsələsi ilə bağlı fikir ayrılığı var: “İspaniya və digər ölkələr bu istiqamətdə davam etmək qərarına gəliblər. Mən bildiyimə görə, başqa dövlətlər bunu nəzərdən keçirirlər və ya üzərində işləyirlər. Ancaq elə dövlətlər var ki, bunun vaxtının çatmadığına inanır. Bu mövzuda Aİ çox bölünüb”.
Daha çox xəbər:
Qələbə üçün hər şeyi edəcəyik - NETANYAHU
Gündəm / Cəmiyyət“Avroviziya”ya bu ölkənin bayraqları ilə giriş qadağan edildi
Gündəm / CəmiyyətFələstin üçün qarant ölkə ola bilərik - Fidan
DünyaSosial evlərdən mənzil alacağı adı ilə dələduzluq etdi
Gündəm / Siyasətİsrailin Baş nazirindən Azərbaycanla bağlı açıqlama - Hər şey əladır!
Gündəm / Siyasət