Gündəm / Cəmiyyət
19 iyun 2024
0
İtaliya səfiri vizaların verilməsində gecikmələrlə bağlı məsələyə münasibət bildirib
İtaliya səfirliyi vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır.
Bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko jurnalistlərin sualını şərh edərkən deyib.
“Biz bu məsələdən xəbərdarıq və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə işləyirik. Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik”, - diplomat jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.
“Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə yox, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik”, - səfir bildirib.
Daha çox xəbər:
Mərakeş səfiri: “Şuşaya gələn ilk insanların arasında olmaq şərəfdir”
Gündəm / CəmiyyətPrezident Zəngəzur dəhlizi üzərindən enerji növlərinin ixrac ediləcəyini bildirib
Gündəm / SiyasətAİ Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini hazırlayır
Gündəm / Dünya"Azərbaycanın Londondakı səfirliyinə hücum edənlər cəzalandırılacaq" - Britaniyalı nazir
Gündəm / Siyasət"Ölkənin inkişafını bilik, savad müəyyən edir" - Dövlət başçısı
Gündəm / Siyasət