Gündəm / Dünya
19 iyul 2020
35
Yaponiyada yenidən rekord yoluxma qeydə alındı
Milliinfo.az
Yaponiyada aprel ayının 11-dən sonra ilk dəfə bir gündə rekord miqdarda COVID-19 koronavirusuna yoluxma halı qeydə alınıb.
“Report” NHK telekanalına istinadla xəbər verir ki, bir gündə koronavirusa yoluxanların sayı 600-ü keçib. Belə ki, son sutka ərzində infeksiyaya 655 yoluxma qeydə alınıb.
Bildirilir ki, aprelin 11-də 720 nəfərin COVID-19 testi müsbət olub.
Beləliklə iyulun 18-də bütün Yaponiya üzrə koronavirusa yoluxanların sayı 25 628 nəfərə çatıb, 986 nəfər həyatını itirib. Onlardan 42-sinin vəziyyəti ağırdır.

Daha çox xəbər:

Rusiya koronavirus infeksiyasına yoluxma sayına görə COVID-19-un “vətəni” Çini geridə qoyub
Dünya / Səhiyyə
Ötən sutka ərzində dünyada 80 minədək insan koronavirusa yoluxub
Dünya / Səhiyyə
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı artıb
Dünya
Meksikada bir gündə COVID-19-a 1 383 nəfər yoluxdu
Dünya
Almaniyada koronavirusa yoluxanların sayı 163 mini ötdü
Dünya / Səhiyyə