Gündəm / İqtisadiyyat
11 oktyabr 2024
0
Baş nazir İqtisadi Şuranın iclasını çağırdı - Məmurlara tapşırıqlar verdi
İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb,
10 oktyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.
Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış ediblər.
Gündəlikdə ikinci məsələ olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məsələlər də ətraflı müzakirə olunub. Məsələ üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələri dinlənilib.
Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Daha çox xəbər:
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi
Gündəm / İqtisadiyyatBaş nazir İqtisadi Şuranın iclasını keçirdi
İqtisadiyyatƏli Əsədov İqtisadi Şuranın iclasını KEÇİRDİ
Gündəm / İqtisadiyyatƏli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO
Gündəm / SiyasətAzərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Siyasət