Gündəm / Dünya
12 oktyabr 2024
2
BMT sülhməramlıları İsrailin tövsiyəsinə baxmayaraq, Livanı tərk etməyiblər
BMT sülhməramlıları İsrailin tövsiyəsi ilə Livanın cənubundakı mövqelərini tərk etməyiblər.
Bunu sülhməramlı qüvvələrin nümayəndəsi Andrea Tenenti "Frans Press" agentliyinə müsahibəsində deyib.
“İsrail ordusu bizdən Mavi Xətt boyunca mövqelərimizi tərk etməyimizi istədi. Lakin biz yekdilliklə burada qalmağa qərar verdik, çünki bu zonada BMT bayrağı dalğalanmalıdır”, - nümayəndə bildirib.
Qeyd edək ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin Livan və İsrail arasındakı sərhəddə yerləşdiyi ərazi sülhməramlılarının formasının rənginə görə Mavi Xətt adlandırılıb.
Bundan əvvəl oktyabrın 10-da İsrail Müdafiə Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına və digər obyektlərə zərbə endirərək iki sülhməramlının yaralanmasına səbəb olub.
Daha çox xəbər:
İsrail ordusu "Hizbullah"ın Livandakı hərbi strukturlarına hücum edib
Gündəm / Dünyaİsrailin səhər hücumu: ölənlərin sayı 200-ə çatır
Gündəm / DünyaBMT-də İran prezidenti çıxış edən zaman zaldan çıxdılar
Gündəm / DünyaSON DƏQİQƏ! Hizbullah Mossad qərargahına hücum etdi
Gündəm / DünyaLivan yenidən atəşə tutuldu - 31 ölü
Gündəm / Cəmiyyət