Gündəm / Sosial
07 noyabr 2024
0
Ərdoğan Avropa Siyasi Birliyinin sammitinə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birgə Macarıstanın paytaxtı Budapeştə gedib.
Ərdoğan Avropa Siyasi Birliyinin 5-ci sammitində iştirak edəcək.
Türkiyə prezidentinin Macarıstanda bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər keçirməsi də gözlənilir
Avropa Siyasi Birliyi qeyri-Avropa İttifaqı ölkələrinin iştirakı ilə Avropa məsələləri üzrə strateji müzakirələr formatı kimi 2022-ci ilin mayında Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilib. Qurumun yaranma tarixi 2022-ci il oktyabrın 6-sı hesab olunur və bu beynəlxalq təşkilatın Praqada ilk sammiti keçirilib.
Avropa liderlərinin qeyri-rəsmi sammiti noyabrın 7-də axşam saatlarında şam yeməyi ilə başlayacaq. 47 dövlətin iştirak edəcəyi sammitdə Avropanın dövlət və hökumət başçıları təhlükəsizlik problemləri, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdə eskalasiya, qeyri-qanuni miqrasiya və dünya ticarəti məsələlərini müzakirə edəcəklər.
Cümə axşamı əsas müzakirə mövzusu ABŞ-dakı prezident seçkilərinin nəticələri olacaq.
Sammitin əsas hissəsi noyabrın 8-də baş tutacaq.

Daha çox xəbər:

Ərdoğan və Paşinyan arasında görüş münasibətlərin normallaşmasına kömək edəcək
Gündəm / Dünya
Üç Avropa ölkəsinin prezidenti Ukraynaya getdi - YENİLƏNİB
Gündəm / Dünya
G20 liderlərinin sammiti başa çatdı
Gündəm / Sosial
İlham Əliyev Praqada iclasda iştirak edib - FOTOLAR (YENİLƏNİB)
Gündəm / Siyasət
Ərdoğan Özbəkistana gedib
Gündəm / Dünya