Gündəm / Cəmiyyət
02 yanvar 2025
1
BDYPİ-nin Texniki Müayinə Mərkəzləri fasiləsiz işləyir
![BDYPİ-nin Texniki Müayinə Mərkəzləri fasiləsiz işləyir](https://azadmedia.az/uploads/posts/2025-01/1735805938_dypmuayineee.jpg)
DİN-in Baş DYP İdarəsinin Texniki Müayinə Mərkəzləri bayram günlərində fasiləsiz iş rejimində 24 saat fəaliyyət göstərir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri sürücülərə xidmət göstərir.
Bayram günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən müayinə mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış mərkəzləri 24 saat fasiləsiz iş rejimində sürücülərə xidmət edir.
Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Sürücülər texniki baxışdan keçmək üçün qeyd edilən ünvanlara istənilən zaman yaxınlaşa bilərlər.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![DİN texniki baxışla əlaqədar sürücülərə xəbərdarlıq etdi](http://azadmedia.az/uploads/posts/2022-03/1647934897_1647931821_16475097312707425912_1000x669.jpg)
DİN texniki baxışla əlaqədar sürücülərə xəbərdarlıq etdi
Gündəm / Cəmiyyət![Bayram günlərində avtomobillərini texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ](/uploads/posts/2021-07/medium/1626415658_1626412848.istock-491804994.jpg)
Bayram günlərində avtomobillərini texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Cəmiyyət![DYP qeyri-iş günləri ilə bağlı MƏLUMAT YAYDI](https://azadmedia.az/uploads/posts/2023-06/1687499969_1680153490_dyp_main_040621.jpg)
DYP qeyri-iş günləri ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / Sosial![DYP əhaliyə müraciət etdi](https://azadmedia.az/uploads/posts/2023-04/1682072828_1659604164_yol-polis.jpg)
DYP əhaliyə müraciət etdi
Gündəm / Cəmiyyət![Qeyri-iş günlərində texniki baxışa getmək istəyənlərin NƏZƏRİNƏ](https://azadmedia.az/uploads/posts/2023-11/1699253130_1699252867_86516bd0-dbaf-4dd0-8cd7-8a7423eef6ee.jpg)
Qeyri-iş günlərində texniki baxışa getmək istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Sosial