Gündəm / Cəmiyyət
10 yanvar 2025
0
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi
![İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi](https://azadmedia.az/uploads/posts/2025-01/1736507200_rasile.png)
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rəsilə Əliyeva bələdiyyə seçkilərində namizədliyini geri götürüb.
Rəsilə Arifqızı Əliyeva Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, onun adı MSK-nın saytında yerləşdirilən siyahıda yoxdur.
Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.
Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-07/1658157016_1658151048_fotojet-11.jpg)
Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı - YENİLƏNİB
Gündəm / Cəmiyyət![İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs OLUNDU](/uploads/posts/2021-10/medium/1635500520_1635499191_4.jpg)
İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs OLUNDU
Hadisə![Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu](https://www.xeberler.org/uploads/posts/2022-12/medium/1670647604_58.jpg)
Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu
Gündəm / Cəmiyyət![Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat](https://taq.az/uploads/posts/2023-09/thumbs/1693910539_1693908894_375752240_170840399371802_2793895177210116861_n.jpg)
Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat
Gündəm / Cəmiyyət![İcra başçısının müavini işdən çıxarıldı](http://azadmedia.az/uploads/posts/2022-02/1645424138_1645422443_1429.jpg)
İcra başçısının müavini işdən çıxarıldı
Gündəm / Cəmiyyət