Gündəm / Dünya
14 yanvar 2025
0
Blinken və Ostin: Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir
Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinin "The New York Times” nəşrinə yazdıqları məqalədə qeyd olunub.
Yazıda bildirilir ki, ABŞ və digər müttəfiqlər Ukraynanı dəstəkləməyə davam etməlidir: “Beləliklə, tərəfdaşlar Rusiya ilə mümkün danışıqlarda Ukraynanın mövqeyini gücləndirməlidir”.
Onların fikrincə, Ukraynanın bu günə qədər qazandığı uğur böyük strateji nailiyyət olaraq qalır: “Rusiya isə ciddi dilemma ilə üzləşib. Müharibə başlayandan Rusiya 700 000-dən çox hərbçinin öldürüldüyünü və ya yaralandığını bildirib. İndi rəsmi Moskva çətin seçim qarşısındadır: ya minimal qazanclar üçün daxili xaosa səbəb olmaq, ya da müharibənin başa çatmasından ötrü Ukrayna ilə danışıqlara getmək. Rəsmi Vaşinqtonun Ukraynaya maliyyə və hərbi dəstəyi Kiyevə və ABŞ-nin növbəti administrasiyasına təsir imkanları verib. Bu vasitələr davamlı sülhə nail olmaq üçün istifadə edilməlidir”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edəcəyini bildirib.
Xatırladaq ki, tərəflər arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Daha çox xəbər:
"Rusiya Ukraynanın şərqində müharibə başladıb" - ABŞ müdafiə naziri
Gündəm / CəmiyyətUkrayna XİN Rusiya ilə sülh şərtlərini AÇIQLADI
Gündəm / Dünya“ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır” - Blinken
Gündəm / SiyasətRusiya və Çin dünya nizamına ƏN CİDDİ TƏHLÜKƏDİR - Blinken
Gündəm / DünyaDmitri Peskov: De-fakto müharibə şəraitindəyik
Gündəm / Dünya