Gündəm / Cəmiyyət / Sosial
10 sentyabr 2020
37
Pandemiya dövründə aviabiletlər hansı şərtlərlə geri qaytarılır?
Milliinfo.az
Koronavirus (COVID-19) pandemiyasının davam etməsinə və Azərbaycanın sərhədlərinin bağlı olmasına baxmayaraq, digər ölkələrlə hava əlaqəsi tamamilə kəsilməyib. Hazırda Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərlərinə xüsusi reyslər həyata keçirilir. Məqsəd ölkəni təcili tərk etmək istəyənlərə və yaxud vətənə qayıtmaq istəyənlərə dəstək olmaqdır. Amma bu cür aviareyslərdən yararlanmaq üçün uçuşdan 48 saat əvvəl koronavirus testindən keçmək, "Mənfi" cavab almaq lazımdır. Testdən keçməmiş və yaxud keçərək "Müsbət" cavab almış sərnişinlər təyyarəyə buraxılmır. Bəs belələrinin əvvəlcədən aldıqları aviabiletlər hansı şərtlərlə geri qaytarılır? “Report” bu məsələ ilə bağlı araşdırma aparıb.Bakı-İstanbul-Bakı
Bakıdan İstanbula və geriyə aviareysləri Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları - "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Türk Hava Yolları" (THY) şirkəti həyata keçirir. AZAL-dan “Report”a verilən məlumata görə, pandemiyadan əvvəl olduğu kimi, indi də aviabiletlərin geri qaytarılması cərimə ödəmək şərtilə mümkündür. Əgər uçuşa 24-48 saat arasında vaxt qalıbsa, cərimənin məbləği biletin dəyərinin 50%-i qədər olur. Yəni müştəri pulun yarısını geri götürə bilər. Aviabileti uçuşa 24 saatdan az qaldıqda qaytarmaq istəyən isə onun dəyərinin cəmi 25%-ni geri ala bilər. Yəni cərimə 75% olacaq.
Daha çox xəbər:
AZAL-dan sərnişinlərə müraciət: Bu təkliflərə inanmayın!
GündəmHikmət Hacıyev: Müvafiq qurumlar vətəndaşlarımızı narahat edən məsələlərlə bağlı dərhal zəruri tədbirlər görürlər
CəmiyyətAZAL Naxçıvana getmək istəyən şəxslərə müraciət etdi
İqtisadiyyatKarantindən sonra metro və avtobuslarda gediş haqqı artırılacaq?- AÇIQLAMA
İqtisadiyyat / Cəmiyyət / SosialNazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil
Dünya