Gündəm
02 oktyabr 2020
25
Dövlət Xidməti: Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox vətəndaş bizə müraciət edir
Milliinfo.az
"Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən oktyabr çağırışına başlanılıb.
Hazırda aparılan müddətli həqiqi hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq hər il olduğu kimi ildə 4 dəfə həyata keçirilən bir prosesdir".
"Report" xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor
Zaur Abdullayev deyib
."Bu çağırışın hazırki hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Həmişə olduğu kimi 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada də təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Bir daha diqqətə çatdırırıq ki, oktyabrın 30-dək davam edəcək müddətli həqiqi hərbi xidmətə çağırış normal prosedur qaydadır, yəni plana uyğun olaraq aparılır", - o əlavə edib.

Daha çox xəbər:

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Gündəm
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Siyasət
Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ
Cəmiyyət
İlham Əliyev şəhid generalımız və polkovnikimizin ailələrinə başsağlığı verdi - YENİLƏNİB +Video
Gündəm
Azərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib
Hadisə