Gündəm / Dünya
04 fevral 2021
41

İran 1979-cu il İslam İnqilabından sonra ciddi nailiyyətlər əldə etdi

İran 1979-cu il İslam İnqilabından sonra ciddi nailiyyətlər əldə etdi

Milliinfo.az

ABŞ-ın dəstəklədiyi Pəhləvi rejimini devirən İslam İnqilabının 42-ci ildönümü İranda təntənəli şəkildə qeyd olunur.
Qırx iki il əvvəl milyonlarla İranlı İmam Xomeyninin 15 ilə yaxın sürgündən qayıdışını qarşılamaq üçünTehranın Mehrabad hava limanına toplaşdı.
Bütün bu tədbirlər, 10 fevralda İranı daxili despotism və xarici hegemonluqdan qurtaran İslam İnqilabının parlaq təntənəsi ilə sona çatdı. Qələbə, İranda 2500 illik monarxiyaya son qoyan İmam Xomeyninin rəhbərliyi altında əldə edildi.
Şənbə günü İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, İslam Respublikasının qurucusuna ehtiram göstərmək üçün İmam Xomeyni məqbərəsini ziyarət etdi.
İran, bir hərbi komandir və bir nüvə alimi olan iki şəxsiyyətin öldürülməsi ilə yadda qalan çətin bir ili geridə qoyur və unutmamalıyıq ki, ABŞ İslam Respublikasını sıxışdırmaq məqsədi ilə pandemiya fonunda Tehrana qarşı maksimum təzyiqlərini artırdı.
İslam Respublikası bütün həyatı boyu ABŞ-ın aramsız düşmənçiliyinin hədəfi olmuşdur. Keçmiş Trump administrasiyasının milli təhlükəsizlik müşaviri John Bolton 2017-ci ildə "Ayətullah Xomeyninin 1979-cu il inqilabı 40 yaşına qədər davam etməyəcəyini" söylədi. Halbuki İslam İnqilabı 42 yaşını gördu.
Bu il son bir neçə ildə bu inqilabı terrorizm və iqtisadi müharibə ilə diz çökdürmək istəyənlər siyasi səhnədən uzaqlaşdırıldı.
Bu gün düşmənlərin bütün problemlərinə və iqtisadi təzyiqlərinə baxmayaraq, məmurların səyləri və İran xalqının müqaviməti həm iqtisadi rifah, həm də cəmiyyətin sağlamlığı ilə nəticələndi. Düşmənin iqtisadi müharibəsi məğlub olaraq sona çatır və bu gün İslami İranın iqtisadi dəyişikliklər vəziyyəti bir ay əvvəlkindən tamamilə fərqlidir.
İran İslam Respublikası son qırx iki ildə nəzərə çarpacaq dərəcədə irəliləyib. Sağlamlıq sahəsində İran 1960-dan 2017-ə qədər uzun ömürlülük inderksinə görə inkişaf edərək yeddinci yeri tutdu (1960-cı ildə uzun ömürlülük 45 il idi, 2017-ci ildə isə 76 il oldu). Bu gün İran İslam Respublikası dünyada koronavirus peyvəndi istehsal edən ilk 10 ölkə arasındadır. Enerji sahəsində İran Enerji İnkişafı İndeksində (EDI) ikinci, neft istehsalında dünyada üçüncü, elektrik istehsalında 15, benzin istehsalında 16-cı yerdədir. Rabitə texnologiyası sahəsində İran, internetə çıxışı olan 50 milyona yaxın istifadəçisi ilə dünyada 17-ci yerdədir. Photron İnstitutuna görə, İran kosmik texnologiyanın inkişafı baxımından 15 ölkədən biridir. Nüvə enerjisi sahəsində İran tam nüvə yanacaq istesal edən 13 ölkədən biridir və uranı zənginləşdirmə qabiliyyətinə sahib 14 ölkədən biridir.
İran İslam Respublikasının son 42 ildə qazandığı əsas uğurlardan biri də yüksək müdafiə qabiliyyətinə nail olmaqdır. İran silahlı qüvvələrinin son təlimləri bu çəkindirici müdafiə qabiliyyətinin təzahürüdür. New York Post internet saytında "İran Yaxın Şərqdəki ən böyük raket güclərindən birinə sahibdir" adlı məqalə dərc olunub.
İslam İnqilabından sonra İran müxtəlif elmi sahələrdə təqdirəlayiq irəliləyişlərə imza atdı, lakin inqilabdan sonra, bəlkə də ölkənin ən strateji texnologiyası nüvə sənayesi oldu ki, bu da Qərb ölkələrinin həssaslığını artırdı.
1970-cü ildə İranın Atom Enerjisi Təşkilatı quruldu və Buşehr nüvə stansiyasının inşası üçün müqavilə imzalandı, lakin 2002-ci ilə qədər əhəmiyyətli bir fəaliyyət göstərilmədi. Nəhayət, 11 fevral 2002-ci ildə ölkənin o zamankı prezidenti nüvə yanacağının İran mütəxəssisləri tərəfindən nüvə elektrik stansiyaları üçün hazırlandığını söylədi.
İranın nüvə fəaliyyətinin davam etməsi bir çox nəticələrə səbəb oldu. Nüvə biliklərini qəbul etmək və istismar etmək İran üçün qlobal bir tabu halına gəldi və düşmən ölkələr İranın nüvə proqramının inkişafına mane ola bilməyəcəklərini anladıqdan sonra bu sahədə məhdudiyyətlər qoydular. Bütün bu məhdudiyyətlərə baxmayaraq, İran 20 % zənginləşdirmə məlumatı əldə etdi. 15 fevral 2012-ci ildə İslami İran 20 % zənginləşdirilmiş nüvə yanacaq sistemi quraraq 55 MVt tədqiqat reaktoruna yükləməyi bacardı.
Qərbin sanksiyaları və təhdidləri qarşısında bütün səylərə baxmayaraq, İran nüvə yanacaq dövrü olan ölkələr sırasına qatıldı. Sayı 20-dən çox olmayan ölkələrdən biri olaraq İranın yanacaq istehsalı və yanacaq kompleksləri sahəsində uran axtarışı və hasilatı imkanı var.
Bu gün düşmənin İrana qarşı iqtisadi müharibəsinin uğursuz olduğu və son günlərinə çatdığı bizə aydındır. Bu günlərdə, bir neçə ölkə xaricində bütün dünya ABŞ-ı nüvə anlaşması üzərindəki öhdəliklərinə qayıtmağa çağırır. İranın bölgədəki ticarət tərəfdaşlarının qarşılıqlı əlaqəsi də tamamilə dəyişdi və ölkənin bütün iqtisadi sahələri son bir-iki aya nisbətən daha yaxşı vəziyyətdədir. Bu vəziyyətdə çətin günlərdə həmişə birlikdə olan qonşular unudulmayacaq.
Nüvə sənayesindən sonra növbə aerokosmik sənayesində idi. Bu sənayenin inkişafı birbaşa raket sənayesinin inkişafı ilə əlaqəli idi və Qərb ölkələrinin təzyiqi nüvə sənayesi ilə məhdudlaşmırdı. Qərb ölkələrinin bir çoxunun İranın raket sənayesi sahəsindəki elmi tərəqqisi ilə bağlı narahatlıqları yekunlaşdı və bu, İranın kosmik fəaliyyətini əngəlləmək üçün bir bəhanə oldu. Ancaq İran nəhayət dünyanın 11 kosmik ölkəsinə qoşulana qədər kosmik sahədəki tədqiqatlarını və təcrübələrini dayandırmadı. O vaxtdan bəri, İranla bağlı digər narahatlıqlar daha da ciddiləşdi, düşmən ölkələr İranı ciddi bir təhlükə olaraq gördülər. Peyk sənayesinə çıxışı olmayan ölkələr dünyada kor ölkələr kimi tanınır və dünya peykləri üçüncü insan gözü kimi tanıyır.
İranın tibb sahəsindəki irəliləməsi Qərb ölkələrinin əngəlləri ilə daha az müşayiət olundu. Bu sahədə İranın qarşısına qoyduqları əngəllər, tibb sahəsindəki dünya elminə və avadanlığına girişin əngəllənməsi idi. Koronavirus ilə mübarizədə tibbi irəliləyişlər dərman və tibbi avadanlıqların dünya bazarlarına çıxışı olmamasına baxmayaraq ölkənin köməyinə gəldi.
Bu siyahı eyni şəkildə genişləndirilə bilər, amma vacib olan odur ki, qonşuluqda güclü bir dosta sahib olmaq bütün tərəflərin marağındadır, necə deyərlər uzaq qohumdansa, yaxın qonşu yaxşıdır.
Unutmamalıyıq İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasına dəstək olub və siyasi və hərbi dəstəyini heç vaxt Bakıdan əsirgəməyib.