Gündəm / Cəmiyyət
24 iyul 2021
43

Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA

Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA

Bir müddət əvvəl qonşu ölkələrlə yanaşı Azərbaycanda da “Delta” ştammı aşkarlandı. Virusun mutasiyaya uğrayan digər növləri ilə müqayisədə daha ölümcül olan bu virus ölkədə ciddi narahatlıq yaratdı. Bəs, görəsən, qarşıdan gələn 4-cü dalğada bizi nələr gözləyir?

Bu haqda “ARB24” kanalına danışan həkim Vasif İsmayıl, 4-cü dalğanın 3-cüdən güclü olacağını deyib.

O, ölkədə əsaslı qapanmalara gedilməyəcəyini bildirib:

“Birincisi, 4-cü dalğa zamanı xəstələnmiş insanların immuniteti bitmiş olacaq. Bu isə 100 minlərlə insan deməkdir. İkincisi, artıq peyvənd vurduranların qoruyuculuğu bitəcək və onlar 3-cü doza vaksin vurdurmalı olacaqlar. Azərbaycanda 4-cü dalğa avqustun ortasına sonra gözlənilir. Biz bunu təxmini hesablamalarımıza görə bilirik.

Qapanmalar mütləq olacaq. Azərbaycanda 4-cü dalğa 3-cüdən daha güclü olacaq. Dövlət ciddi şəkildə hazırlıq görüb. Hazırda xəstəxanalarda yerlər kifayət qədərdir. Xeyli dərmanlar alınıb. Hər şey hazırdır. Buna görə də “Evdə qal” kampaniyası və iş yerlərinin bağlanması olmaya bilər. Şəxsi fikrimə gəlincə isə, toylar və məclislər qadağan olunacaq. Bəlkə, idman salonları bağlanmadı”.