Gündəm / Cəmiyyət
30 iyul 2021
37

Metroda problem: Qatarların gecikməsinin səbəbi AÇIQLANDI

Metroda problem: Qatarların gecikməsinin səbəbi AÇIQLANDI

Bakı metrosunda qatarların intervalında gecikmə olub.

Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, “Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisində gərginlik aşağı düşüb:

“Gərginliyin qısamüddətli aşağı düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”.