Gündəm / Cəmiyyət
13 avqust 2021
43

Azərbaycan yanğınsöndürənləri Türkiyədən nə vaxt qayıdacaq? - AÇIQLAMA

Azərbaycan yanğınsöndürənləri Türkiyədən nə vaxt qayıdacaq? - AÇIQLAMA

“Biz yaxın günlərdə Türkiyəni tərk edərək Vətənə qayıdacağıq”.

Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova Marmarisdəki “böhran mərkəzi”ndə keçirilən toplantının nəticəsini məruzə edib:

“Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcəyik. Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq”.