Gündəm / Cəmiyyət
19 avqust 2021
28
FHN-in sonuncu qrupu Türkiyədən Vətənə qayıtdı - VİDEO
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.
Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.
Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.

Daha çox xəbər:

Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə yola düşəcək
Gündəm / Cəmiyyət
FHN-in qüvvələri Türkiyənin Aydın şəhərinin yaşıllıq zolağındaki yanğını söndürüb
Gündəm / Dünya
Etibar Mirzəyev Türkiyəyə getdi
Siyasət
Bakıda hündürmətəbəli binada YANĞIN
Hadisə
Azərbaycandan Türkiyəyə göndərilən yanğınsöndürənlərin sayı AÇIQLANDI
Gündəm / Cəmiyyət