Gündəm / Cəmiyyət
06 sentyabr 2021
15
Əfqanıstan respublikadan əmirliyə keçir
"Taliban" hakimiyyəti altında olan Əfqanıstan respublikaçı konstitusiyanı əvəz etmək üçün mütləq yeni bir konstitusiyaya ehtiyac duyacaq.
Bunu Əfqanıstan parlamentinin aşağı palatasının baş katibi Əbdülqədir Zazai Vətəndost deyib.
""Taliban" mövcud konstitusiyanı qəbul etmir və eyni zamanda öz konstitusiyası da yoxdur. Onlar hər şeydən əvvəl yeni bir əsas qanuna ehtiyac duyacaqlar", - deyə o, qeyd edib.
Ölkə parlamentinin işinin perspektivləri ilə bağlı Vətəndost qeyd edib ki, Əfqanıstanda indi respublika quruluşundan əmirliyə keçid var və bu, parlamentin olmasını nəzərdə tutmur. Ancaq o, bu qanunverici orqanın ləğv edilib-edilməyəcəyi sualına cavab verməyib.
Daha çox xəbər:
"Əfqanıstan mövzusunda danışıqlar prosesi yenidən başlanmalıdır" - Lavrov
Gündəm / DünyaDohada Əfqanıstan hökuməti və "Taliban" arasında sülh danışıqları başlayıb
Siyasət / Dünya"Azərbaycan öz sülhməramlılarını Əfqanıstandan geri çəkəcək" - AÇIQLAMA
Siyasət““Taliban” BMT-nin Əfqanıstanda qalmasını istəyib” - Ramiz Ələkbərov
Gündəm / Cəmiyyət"Taliban" Çini Əfqanıstanın əsas tərəfdaşı adlandırıb
Gündəm / Cəmiyyət