Gündəm / Cəmiyyət
14 sentyabr 2021
44
Gorus-Qafan yolunda İranın avtobusları da yoxlanılır
"Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş polis və sərhədçilər bu gündən etibarən İranın yük maşınları ilə yanaşı, həmin ölkədən gələn avtobusları da yoxlamağa başlayıblar”.
Bu barədə məlumatı Gorus merinin müavini Karo Koçaryan deyib.
Qeyd edək ki, Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

Daha çox xəbər:

Azərbaycan polisi Gorus-Qafan yolunda - VİDEO
Video
Gorus-Qafan yolunda vəziyyət necədir?
Gündəm / Cəmiyyət
Gorus-Qafan yolunda Azərbaycan postunun qurulması ilə bağlı - DİN-dən açıqlama
Gündəm
DGK-dan Gorus-Qafan yolunda İran maşınlarından pul alınması ilə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət
İranın Azərbaycandakı səfiri Dağlıq Qarabağ icmasının sədri ilə görüş keçirdi
Siyasət