Gündəm / Cəmiyyət
24 sentyabr 2021
16

Zaur Əliyev də istefa verməliydi... - YARITMAZLIQ...

Zaur Əliyev də istefa verməliydi... - YARITMAZLIQ...

70 il yaşadığımız sovet dönəmində təhsil, səhiyyə pulsuz idi. Yəni o dönəmdə özəl təhsil, şəxsi xəstəxana-filan yox idi. Hər cürə xərci dövlət özü ödəyirdi.
Düzdür, kimsə həkimə 5-10 manat şirinlik verə bilərdi, amma vətəndaşın müalicəsi pulsuz başa gəlirdi.
Müstəqillik dönəmində günbəgün artan özəl xəstəxanalar, klinikalar vətəndaşlar üçün müəyyən problemlər yaradırlar. Yəni özəl xəstəxanalar lap xəstə yıxılıb ölsə də pulsuz bir ağrıkəsici də vurmaz.
Bəs onda imkansız insanlar neyləsin ?
Biz hələ qiyməti 5-10 min manat olan cərrahi əməliyyatlardan danışımırıq.
Bütün bunların qarşısını almaq, daha doğrusu, problemi həll etmək üçün 2007-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi yaradıldı. Uzun müddət qurum fəaliyyətsiz qaldı. Və nəhayət 2016-cı ildə agentlik fəaliyyətə başladı.
Prezidentin sərəncamı ilə 2017-ci ildə Zaur Əliyev İcbari Tibbi Sığorta Agentliyi İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Qurumun əsas işi nədir ?
Agentlik Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
Yəni yuxarıda qeyd etdiyimiz kimi vətəndaşların tibbi müalicə-müayinə xərclərini qarşılamaq.
İndi görək, cənab Zaur Əliyev bu işlərin öhdəsindən necə gəlir ?
Ümumiyyətlə, öhdəsindən gələ bilirmi ?
Heç kimə sirr deyil ki, nəinki böyüklərin, hətta uşaqlarının tibb müayindən keçməsi, müalicəsi üçün lazım olan vəsait ölkə vətəndaşlarının cibinə uyğun deyil.
Hətta əlil olan insanlar, şəkər, böyrək xəstələri dövlətin nəzərdə tutduğu dərmanları ala bimirlər. Hansı ki, həmin dərmanlar olmasa, xəstələrin yaşaması mümkün deyil. Bu o deməkdir ki, vətəndaş ayaqlarını uzadıb ölməlidir.
Zaur Əliyev neçə illərdir ki, bu quruma rəhbərlik edir. Ancaq bu illər ərzində o iclaslar keçirməkdən başqa bir iş görməyib.
Təsəvvüvr edirsiniz, 2002-ci ildə Bakı şəhəri Uroloji xəstəxanada əməliyyat olunaraq böyrəyinin biri çıxarılmış və həmən vaxtdan da “Şəkərsiz diabet” diaqnozu ilə Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata götürülmüş 2-ci qrup əlil olan vətəndaş dərmanlarını ala bilmir. Bu adamı rəsmi dövlət qeydiyyatına götürüblər.
Bu adam hər ay pulsuz dərman almalıdır. Bu xəstələr hər ay dövlət aprteklərinə gedərək dava-dalaşla, əsəbiliklə dava-dərmanlarını güclə alırlar.
Bəzən dava-dalaş da köməyə çatmır. Yazıq xəstə günlərlə müxtəlif dövlət orqanlarına, səhiyyə idarələrinə zəng vurmalı və öz haqqını tələb etməlidir. Ki, bəlkə 1-2 qutu dərman ala bilsin.
Yaxud apteklərdə xəstələrə deyirlər ki, bu ayın dərmanı gələn ay gələcək. Hansı ki, həmin dərmanları özəl apteklərdə satdırırlar.
İndi isə Allah qoymasa, təzə problem çıxıb ortaya.
Belə ki, xəstə Səhiyyə Nazirliyinə zəng vurub dərman tələb edir.
Səhiyyə Nazirliyindən xəstəyə bildirirlər ki, bu məsələ bizim səlahiyyətimizdən alınıb, TƏBİB-ə zəng edin.
Yazıq xəstə günlərlə zəng edib güclə TƏBİB-ə düşə bilir. Və xəstəyə deyirlər ki, bu məsələ bizlik deyil, İctimai Tibbi Sığorta Agentliyinə zəng edin.
Beləcə xəstələr qalır müxtəlif qurumların arasında.
Hətta təkrar-təkrar zəng edən xəstələrin telefon nömrələrini İctimai Tibbi Sığorta Agentliyinin işçiləri bloka atır ki, zəng olmasın.
Bax, Zaur Əliyevin rəhbərlik etdiyi agentliyin fəaliyyəti, əslində fəaliyyətsizliyi budur.
Cənab Zaur Əliyev !
Neçə ildir agentliyin rəhbərisən ?
Bu müddət sənə bəs etmədi ?
TƏBİB-in rəhbəri Ramin Bayramlıdan nümunə götür də.
Adam gördü ki, işinin öhdəsindən gələ bilmir, adam balası kimi istefa ərizəsi yazaraq vəzifədən uzaqlaşdı.
Nə qədər gec deyil, bu addımı at və yazıq xəstələrin canı səndən qurtarsın. //gundelik-baku.com//