Gündəm
25 sentyabr 2021
18
İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq
“Azərbaycana səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə tarixi, mədəni və dini adibələrin dağıdılması, talan edilməsi ilə bağlı faktaraşdırıcı missiyanın həyata keçirilməsi və toplanmış faktlar və sübutları özündə əks etdirən hesabatın hazırlanmasıdır”.
Bunu İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Gəncədə keçirilən brifinqdə deyib.
O, Ombudsman Səbinə Əliyeva, Milli Məclis, Minatəmizlənməsi Agentliyi və digər dövlət qurumlarında da görüşlərin keçirildiyini və faktaraşdırıcı missiyanın məqsədləri barədə fikir mübadiləsi aparıldığını bildirib.
Sədr qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərdə, həmçinin, Tərtər və Gəncə şəhərlərində mülki obyektlərə və əhaliyə qarşı müharibə cinayətlərinin törədildiyinin şahidi olub və sənədləşdirdikləri faktlar missiyanın hesabatında öz əksini tapacaq.
Daha çox xəbər:
Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib
GündəmMilli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
Siyasət / DünyaCeyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / DünyaBaş Prokuror: "Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"
GündəmPrezidentlə xanımı Şuşada təşkil edilən sərgilərlə tanış oldular
Gündəm / Siyasət