Gündəm / Cəmiyyət
07 oktyabr 2021
20
TƏBİB-dən üçüncü doza ilə bağlı VACİB AÇIQLAMA - RƏSMİ
Tədqiqatlara əsasən, koronavirus əleyhinə peyvəndin 3-cü dozasını almış yaşı 60-dan yuxarı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.
Bunu açıqlamasında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bir sıra ölkələrdə aparılan tədqiqatların nəticələri və 3-cü dozanın əhəmiyyətindən danışıb:
"ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65-dan yuxarı yaş həddi olan insanlara, 18-dən yuxarı yaş həddində isə yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 50-dən yuxarı yaş həddi üçün, yaşı 16-dan yuxarı yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza yaşı 60-dan yuxar vətəndaşlarla yanaşı, avqust ayından yaşı 12-dən yuxarı şəxslərə də tətbiq olunur.
Tədqiqatlara əsasən, 3-cü doza almış yaşı 60-dan yuxarı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb".
TƏBİB rəsmisi qeyd edib ki, buster dozanın müsbət nəticəsi daha çox yaşı 65-dən yuxarı olan şəxslər qrupunda qeydə alınıb:
"ÜST buster dozanın immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir. Buster dozanın tətbiqi ilə bağlı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, buster dozanın effektivliyi sübut olunub. Kanada da immunsupressiv hallarda və həssas qruplara buster dozanı tövsiyə edir”.
(trend)
[justify][/justify]
Daha çox xəbər:
3-cü dozanın vurulması peyvənd sertifikatının müddətinə təsir edəcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / CəmiyyətBu şəxslərə 3-cü doza vaksinin vurulması TÖVSİYƏ EDİLİR
Gündəm / CəmiyyətBu şəxslər 3-cü doza vaksin vurdursunlar - TƏBİB-dən ÇAĞIRIŞ
Gündəm / CəmiyyətÜçüncü doza kimlərə vurula bilər? - ÜST AÇIQLADI
Gündəm / CəmiyyətPeyvəndləmə yanvarın 18-də başlayır, birinci mərhələdə bu şəxslər vaksinasiya olunacaq
Gündəm / Səhiyyə