Gündəm / Siyasət
28 oktyabr 2021
27
İlham Əliyevdən məcburi köçkünlərin qayıdışı ilə bağlı AÇIQLAMA
"İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik".
Bunu Prezident İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edərkən deyib.
"Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik. Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq"- dövlət başısı bildirib.
Daha çox xəbər:
Prezidentdən məcburi köçkünlərin qayıdışı ilə bağlı AÇIQLAMA
Gündəm / SiyasətPekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
SiyasətPrezident İlham Əliyev: “Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər”
Gündəm"Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev
Gündəm / Siyasət"Biz Zəngəzur dəhlizindən istifadə edərək..." - Prezident
Gündəm / Siyasət